CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağçalarda qidalanmaya nəzarət gücləndirilir

Abunə olmaq
Uşaqların düzgün qidalanmasına nəzarət məqsədilə bağçalarda monitorinqlər aparılması və bu sahədə təhlükəsizliyin təmin olunması qarşımızda duran əsas məqsədlərdən biridir

BAKI, 27 iyun — Sputnik. Yay mövsümünün başlanması ilə əlaqədar bağçalarda uşaqların düzgün qidalanmasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinqlər aparmaq üçün tədbirlər planı hazırlanır. Bu barədə Sputnik Azərbaycan-a agentliyin mətbuat katibi Aysel Fərziyeva məlumat verib.

İlham Əliyev XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub - Sputnik Azərbaycan
İlham Əliyev Beynəlxalq Qida Sənayesi və Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub

Onun sözlərinə görə, məktəbəqədər yaşlı uşaqların rasional və təhlükəsizlik qaydalarına uyğun qidalanması əhalinin və gələcək nəsillərin sağlamlığının təmin olunması üçün vacib şərtdir və strateji əhəmiyyət daşıyır: "Gələcək nəsillərin sağlam böyüməsi və uşaqların fiziki cəhətdən normal inkişafını təmin edən ən vacib komponent onların düzgün qidalanması ilə bağlıdır. Özündə gündəlik lazımi qida dəyərini ehtiva edən qida maddələrindən ibarət balanslaşdırılmış qida rasionu uşaq orqanizminin böyüməsi və normal inkişafını təmin edir. Düzgün qidalanma, xüsusilə, uşaqların immunitetinə müsbət təsir etməklə orqanizminin dözümlülüyünü artırır, onların psixoloji cəhətdən düzgün inkişafına əlverişli şərait yaradır. Odur ki, uşaq bağçalarının təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və uşaqların sağlam qidalanması çox böyük əhəmiyyət kəsb edir".

Qurum rəsmisi onu da qeyd edib ki, əksər bağçalar istirahət və bayram günləri istisna olmaqla, uzadılmış iş rejimində, bir hissəsi isə sutkalıq fəaliyyət göstərdiyindən uşaqların vaxtının çoxu bu müəssisələrdə keçir: "Bütün bunları nəzərə alaraq, uşaqların düzgün qidalanmasına nəzarət məqsədilə bağçalarda monitorinqlər aparılması və bu sahədə təhlükəsizliyin təmin olunması qarşımızda duran əsas məqsədlərdən biridir".

Xəbər lenti
0