CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda diri cücələri zibilliyə kim atıb? - Açıqlama

© Sputnik / Solovyev / Mediabanka keçidYumurtadan çıxmış cücə
Yumurtadan çıxmış cücə - Sputnik Azərbaycan
Abunə olmaq
İri təsərrüfatlarda belə halların olması mümkün deyil

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Sosial şəbəkələrdə körpə cücələrin kütləvi şəkildə yumurta qarışıq zibilliyə atıldığını əks etdirən videogörüntülər yayılıb. Bu görüntülərin Zirə kəndində çəkildiyi iddia edilir. Belə ki, bir neçə gənc zibilliyin ətrafından keçərəkən cücə səslərinə ayaq saxlayıb. Mənzərədən şoka düşən gənclər diri cücələrin atıldığını görüb, bir neçəsini xilas ediblər. Cücələrin "Zirə" quşçuluq təsərrüfatının işçiləri tərəfindən atıldığı güman edilir. Lakin həmin təsərrüfatın hazırda fəaliyyət göstərib-göstərmədiyi barədə məlumat yoxdur.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cücələri yumurta qarışıq zibilliyə atanlar fərdi şəkildə bu işlə məşğul olanlardır: "Bunu "Zirə" quşçuluq təsərrüfatı etməyib. "Zirə" quşçuluq təsərrüfatı xeyli müddətdir ki, fəaliyyətini dayandırıb. Bunu edənlər öz həyətində fərdi inkubator qoyub cücə çıxardıb satmaqla məşğul olan şəxslərdir. Ola bilər ki, temperaturu yüksək həddə verdikləri üçün cücələr içində çıxmamış bişib. İri təsərrüfatlarda, bu işlə peşəkar məşğul olan quşçuluq təsərrüfatlarında belə halların olması mümkün deyil. Çünki, hər bir şey kompüterlə həyata keçirilir. Yumurtaların hansında cücə olmadığını belə kompyuterlə bilmək mümkündür. Bunu edənlər, qeyd etdiyim kimi, bu işlə fərdi məşğul olanlardır. Qaydaya görə, yumurtadan cücə çıxmayanda mütləq yandırılmalı, dezinfeksiya olunmaldıır. Bu hal özü xəstəlik yaya bilər".

Xəbər lenti
0