Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azyaşlı 9-cu mərtəbədən yıxılaraq öldü

© Sputnik / Anar MustafayevYaşayış binası, arxiv şəkli
Yaşayış binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Daha bir uşaq diqqətsizliyin qurbanı oldu

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Bu gün Bakının Yasamal rayonu ərazisində bədbəxt olay baş verib. Pəncərədə barmaqlıqlar olmadığı üçün 3 yaşlı qız uşağı 9-cu mərtəbədən yıxılıb. Onun elə hadisə yerindəcə dünyasını dəyişdiyi bildirilib.

İstanbulda yanğınsöndürənlər, arxiv şəkli - Sputnik Azərbaycan
İstanbul səhəri faciə ilə açdı: 4 ölü

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda "Facebook"dakı qrupların birində məlumat paylaşılıb. Hadisə şahidlərindən biri olayın Yasamal rayonunda "Etalon market"ə yaxın binaların birində baş verdiyini bildirib.

Qeyd edək ki, son bir ayda bir neçə belə bədbəxt olay baş verib. Arzuolunmaz olaylara səbəb isə pəncərədə barmaqlıqların olmaması və valideynlərin ani diqqətsizliyidir. Valideynlər hava isti olduğuna görə pəncərələri açıq qoyurlar və bu da sonda faciə ilə sona çatır.

Xəbər lenti
0