ABŞ Prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində görüşəcəklər. Bu barədə ABŞ administrasiyasının yüksək çinli nümayəndəsi məlumat verib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Tramp Rusiya ilə münasibətlərin yumşalmasını istəyir, ancaq eyni zamanda Rusiyaya sanksiyalar tətbiq olunur və bu, getdikcə sərtləşir:
"İki liderin dialoqu münasibətlərə yumşalma gətirə bilər. Ancaq ABŞ-da qərarı tək prezident vermir. Konqres və Dövlət Departamenti Rusiya ilə siyasətdə sərt xəttin yürüdülməsinin tərəfdarıdır. Düşünürəm ki, bu görüş iki ölkə arasındakı dərin problemləri həll etməyəcək".
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz