BAKI, 27 iyun — Sputnik. Azərbaycan vətəndaşı Rusiyada "Mosxoztorq" brendi altında fəaliyyət göstərən mağazalar şəbəkəsinin sahibi olub.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Zaur Mişiyevin sahibi olduğu "Falcon Home Distribution" şirkəti "Mosxoztorq"da 50,5 faiz payı alıb.
Qeyd olunur ki, Bolqarıstanda qeydiyyatda olan "Falcon Home Distribution" parça, mebel, ayaqqabı, aksesuar və digər malların satışı ilə məşğuldur.
Daha əvvəl "Mosxoztorq"un 50,5 faizi Veronika Kiryanovaya məxsus olub. İlya Polyaçkov və İlya Traber müvafiq olaraq şirkətdə 39,5 və 10 faiz paya sahibdirlər.
"Mosxoztorq" hazırda Moskvada 36 mağazanın idarə edir.