Avropa şəhərində güclü partlayış: yaralılar var

© AP Photo / Hans PunzМашина скорой помощи в Австрии, фото из архива
Машина скорой помощи в Австрии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis partlayış ərazisini əhatəyə alıb

BAKI, 26 iyun — Sputnik. Vyanada güclü partlayış olub.

Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, məlumatı Avstriya polisi yayıb.

​Hadisə Presshasse küçəsində baş verib. Ən azı, iki bina zədələnib, birində bir neçə mərtəbə qismən uçub, qonşu tikililərin şüşələri qırılıb tökülüb.

​Dörd nəfərin yaralanması barədə məlumat var. Polis partlayış ərazisini əhatəyə alıb. Xüsusi xidmətlər, təcili yardım maşınları da Presshasse küçəsinə gəliblər.

İlkin məlumata görə, partlayışa məişət qazı səbəb olub.

Xəbər lenti
0