BAKI, 26 iyun — Sputnik. Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, bu istiqamətdə görülən işlərlə əlaqədar 1 avqust 2019-cu il tarixinədək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.
Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.