BAKI, 26 iyun — Sputnik. Avropanın bir sıra ölkələri anomal istilərə hazırlaşır. Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyada havanın temperaturu 40 dərəcədən yuxarı olacaq. Bu barədə Sputnik Azərbaycan "The Independent" nəşrinə istinadən xəbər verir.
Yüksək temperaturu Avropaya Böyük Səhradan gələn külək gətirəcək. İsti havanın pik dövrü 26-28 iyul tarixlərində müşahidə olunacaq.
İspaniya meteoroloqları qarşıdan gələn havanı “cəhənnəm istisi” adlandırıb, Fransa isə intensivliyinə görə ikinci olan "narıncı" təhlükəsizlik həddində dəyərləndirib.
Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyada müvafiq qurumlar ən yüksək hazırlıq səviyyəsinə gətirilib.
Qeyd edək ki, 2018-ci ilin iyulunda Oksford Universitetinin alimləri anomal istiləri iqlim dəyişikliyi ilə əlaqələndiriblər.