SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yeddi ölkədən acıq mesajı: "Evimizə qayıdırıq"

© Sputnik / Vladimir FedorenkoДелегаты в зале на пленарном заседании зимней сессии Парламентской ассамблеи Совета Европы
Делегаты в зале на пленарном заседании зимней сессии Парламентской ассамблеи Совета Европы - Sputnik Azərbaycan
Abunə olmaq
Gedirlər, amma mütləq qayıdacaqlar

BAKI, 26 iyun — Sputnik. Ukraynanın ardınca Estoniya, Gürcüstan, Latviya, Litva, Polşa və Slovakiyanın nümayəndə heyətləri AŞPA sessiyasını tərk etmək qərarına gəliblər.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, AŞPA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini bərpa etdiyini bildirəndən sonra ukraynalı təmsilçi Vladimir Aryev müvafiq bəyanatı sosial şəbəkədə dərc edib.

"Biz gələn sessiyalar zamanı Assambleyadakı birgə fəaliyyətimizi parlamentlərimiz və hökumətlərimizlə müzakirə etmək üçün evə qayıdırıq", - deyə Aryev Facebook səhifəsində yazıb.

Avropa Şurası Parlament Assambleyası iyunun 26-da Rusiya nümayəndə heyətinin səlahiyyətlərini tam həcmdə bərpa edib. Qurum Moskvanı 2014 və 2015-ci illərin qətnamələrinə daxil edilmiş bütün tövsiyələri yerinə yetirməyə çağırıb. Qətnamədə həmçinin deyilir ki, "Rusiya nümayəndə heyəti qeyd-şərtsiz Assambleyanın Monitorinq və digər komitələri ilə əməkdaşlığa başlamalı və öz öhdəliklərinin yerinə yetirilməsi üçün konstruktiv dialoq aparmalıdır".

Xəbər lenti
0