Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq Ərdoğanın partiyasındakı islahatların səbəblərindən danışır

© Sputnik / Murad OrujovПолитолог Заур Мамедов
Политолог Заур Мамедов - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, seçkilər partiya daxilində islahatların aparılmasına ehtiyyac olduğunu göstərdi
Zaur Məmmədov: “Türkiyənin güclü olmasını istəməyənlər dəyişikliklərin tərəfdarıdır”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının(AKP) İstanbul seçimlərində məğlubiyyətindən dolayı partiya daxilində islahatlar və dəyişikliklər ediləcək. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Türkiyədə keçirilən bələdiyyə seçkiləri AKP daxilində islahatların aparılmasına ehtiyyac olduğunu göstərdi:

“Ümumilikdə, Türkiyədə AKP-nin nüfuzu aşağı deyil. Ancaq gələcəkdə vəziyyətin AKP-nin xeyrinə olması üçün islahatların aparılması mütləqdir. Türkiyə siyasətində baş verəcəklər həm də geosiyasi vəziyyətdən asılıdır. Bu gün Türkiyənin apardığı xarici siyasət bir çox ölkələrin xoşuna gəlmir. Buna görə də, Türkiyənin güclü olmasını istəməyən tərəflər dəyişikliklərin tərəfdarıdır”.

Qeyd edək ki, iyunun 23-də İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində hakim partiyanın namizədi Binəli Yıldırım Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğluna məğlub olub.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0