Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Prezident tanınmış aktrisaya ev verdi

© Photo : OXUSənubər İsgəndərli
Sənubər İsgəndərli - Sputnik Azərbaycan
Abunə olmaq
"Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. Prezident Azərbaycan Respublikasının əməkdar artisti Sənubər İsgəndərliyə ev hədiyyə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktrisa öz facebook hesabında paylaşım edib:

Azərbaycanın Xalq artisti Natalya Şarovskaya öz yubileyini doğma Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində qeyd edib - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Öz yubileyində "Milyonçu qadın" olan azərbaycanlı aktrisa

"Möhtərəm cənab Prezident. Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah sizi və Azərbaycanımızı qorusun!"

Qeyd edək ki, Əməkdar artist Sənubər İsgəndərli 2002-ci ildə fəxri ada layiq görülüb, Prezident mükafatçısıdır. 1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında fəaliyyət göstərən Sənubər xanım "Özümüzü kəsən qılınc", "Lənkəran xanının vəziri", "Hamlet", "Yaşlı xanımın gəlişi" və s. kimi tamaşalarda yaddaqalan obrazlar yaradıb.

Xəbər lenti
0