Paşinyan deputatları istirahətə buraxmır

© SputnikErmənistan parlamenti
Ermənistan parlamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan hökuməti yeni qanun layihəsi hazırlayır və bu layihə payıza qədər qəbul olunmalıdır

BAKI, 25 iyun — Sputnik. İkinci sessiyanın bitməsinə baxmayaraq Ermənistan Milli Məclisinin deputatları yaxın vaxtlarda istirahətə getməyəcəklər. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Past" nəşri məlumat yayıb.

Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Paşinyan prezident olmaq istəyir, Konstitusiya dəyişdirilir

Qeyd edək ki, hökumət yaxın vaxtlarda yenidən növbədənkənar sessiyanın keçirilməsi təklifi ilə çıxış edəcək. Nəşr yazır ki, parlament ən azı iyulun 10-a kimi öz işini davam etdirəcək.

Məsələ burasındadır ki, Ermənistan hökuməti yeni qanun layihəsi hazırlayır və bu layihə payıza qədər qəbul olunmalıdır.

Nəşr yazır kш, söhbət yeni kredit sazişinin nizamlanmasından gedir.

Parlamentin sessiyasının iyulun sonlarına qədər davam edəcəyi də istisna edilmir.

Xəbər lenti
0