BAKI, 25 iyun — Sputnik. Xaçmazın Ləcət kəndinin ərazisində yerləşən meşəlik ərazidə Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu aşkarlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, E. Tahirova məxsus çadırdan qurudulmuş marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını cari ilin may ayında əkdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.