BAKI, 25 iyun — Sputnik. ABŞ tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiqindən sonra ölkələr arasında diplomatik danışıqlar yolu həmişəlik bağlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Abbas Musavi öz "Twitter" səhifəsində yazıb.
— S.A MOUSAVI (@SAMOUSAVI9) 25 июня 2019 г.
"ABŞ-ın ali lideri, həmçinin komandanlara qarşı tətbiq etdiyi səmərəsiz sanksiyalar ABŞ hökuməti ilə diplomatiya yolunu həmişəlik bağlayır", - deyə Musavi yazır.
O, həmçinin əlavə edib ki, ABŞ Prezidentinin Administrasiyası sülhün qorunması üzrə beynəlxalq mexanizmləri dağıdır.
Xatırladaq ki, iyunun 24-də Donald Tramp İranın dini lideri Əli Xameneyi də daxil olmaqla, İrana qarşı yeni sanksiyalar qəbul edib.