Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 24 iyun — Sputnik. Sumqayıt şəhərində yerləşən tanınmış ticarət mərkəzində yanğın baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, gecə saatlarında şəhərin Sülh prospektində yerləşən 3 mərtəbəli "Maxx" ticarət mərkəzinin anbarında yanğın başlayıb. 60 m² sahəni əhatə edən anbarda geyim əşyaları, həmçinin, 100 m² konstruksiyalar yanıb. Əraziyə dərhal 2 yanğınsöndürən avtomobil, təcili tibbi yardım maşınları və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Deyilənə görə, bu mərkəz 2013-cü ildə yanaraq ölkədə böyük səs-küyə səbəb olmuş "Karvan" ticarət mərkəzinin sahibi olan Əhədovlar ailəsinə məxsusdur. Qeyd edək ki, adıçəkilən ticarət mərkəzi bir neçə aydır ki, fəaliyyət göstərir.