Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Kabab qanlı, igid...” – Yediyimiz ət heç də yerli məhsul deyilmiş

CC0 / BenJTB / MeatRestoran mətbəxində ət parçası, arxiv şəkli
Restoran mətbəxində ət parçası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Yeyinti sənayesində qırmızı ətə olan tələbin artması idxala birbaşa təsir göstərən faktorlardandır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Bu ilin yanvar-aprel aylarında Azərbaycan 23 milyon 797 min ABŞ dolları dəyərində 16 min 678 ton ət idxal edib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 milyon 439 min dollar (22,9%) və 3 min 212 ton (23,85%) çoxdur. Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.

Yük konteynerləri, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Məhsullarımız hansı ölkələrə idxal edilir?

Ət idxalının artması ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan qırmızı ətə olan tələbatını daxili imkanlar hesabına ödəyə bilmir: "Quşçuluq məhsulları üzrə isə mövcud potensial daxili tələbatın ödənilməsi üçün kifayət edir. Amma buna baxmayaraq mövcud qiymət səviyyəsi və istehsalın maya dəyərinin yüksək olması hətta bu istiqamətdə belə Azərbaycana idxalın artmasını təmin edir".

Onun sözlərin görə, qırmızı ət ilə bağlı vəziyyət daha kəskindir: "Xüsusilə son illərdə ölkədə müəyyən qədər aqrar siyasətin dəyişməsi, müxtəlif növ məhsulların əkini ilə bağlı kütləvi tədbirlərin həyata keçirilməsi son nəticədə heyvandarlığın inkişafı imkanlarını məhdudlaşdırır, resursları zəiflədir. Ona görə də, şaxələndirmə siyasəti hazırlanarkən əsaslı qiymətləndirmələrin aparılmasına ehtiyac var və marjinal mənfəət burada əsas məqamlardan biri kimi dəyərləndirilməlidir".

"Heyvandarlıq sahəsi bitkiçilik sahəsi ilə müqayisədə daha gəlirli hesab edilsə də, son illər bitkiçilik istiqamətində daha çox fəaliyyət göstərilir. Bu isə heyvandarlıqda yerli istehsalın həcminin və yaxud da daxili istehlaka uyğun istehsalın artmamasına gətirib çıxardır" – deyə o qeyd edib.

Ekspert bildirib ki, son illər Azərbaycanda yeyinti sənayesi daha yüksək inkişaf dinamikası nümayiş etdirir: "Yeyinti sənayesində qırmızı ətə olan tələbin artması idxala birbaşa təsir göstərən faktorlardandır. Xüsusilə 2015-ci ildən sonra Azərbaycan ət məhsullarını daha çox MDB ölkələrindən idxal etməyə başlayıb. Manatın devalvasiyası son nəticədə idxal məhsulların qiymətinin kəskin şəkildə bahalaşmasına və idxal istiqamətinin isə MDB-yə yönəlməsinə gətirib çıxardıb".

Onun sözlərinə görə, çünki MDB ölkələrindən idxal edən zaman müəyyən üstünlüklər var: "Burada vergi tətbiq olunmur və bu isə son nəticədə ölkəyə gətirilən məhsulun maya dəyərinin aşağı olmasına gətirib çıxardır. Həmçinin MDB ölkələrində təklif olunan məhsulların qiymətləri rəqib ölkələrlə müqayisədə daha aşağıdır".

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqat Mərkəzinin heyvandarlıq bölməsinin rəhbəri Elşad Rzayev AZƏRTAC-a deyib ki, daxili istehsal hesabına artıq ölkənin ət və süd məhsullarına olan tələbatı ödənir: "Bu istiqamətdə potensial bir qədər də artarsa, Azərbaycan idxalçıdan ixracatçı ölkəyə çevrilə bilər".

Xəbər lenti
0