Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 24 iyun — Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
O, qeyd edib ki, həmsədrlərin təklifinə əsasən, yaxın 2-3 ay ərzində Ermənistan Xarici İşlər naziri ilə növbəti görüş keçiriləcək: "Bütün hallarda münaqişənin həlli üçün erməni qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır. Digər məsələlər müzakirə oluna bilər. Bütün dünya, Ermənistan etiraf etməsə də, Azərbaycanın ərazi bütövlüyünü tanıyır".
E.Məmmədyarov qeyd edib ki, bu məsələ Vaşinqtonda müzakirə olunub.