BAKI, 24 iyun - Sputnik. Britaniya monarxlarının Londondakı rəsmi iqamətgahı olan Bukingem sarayında kuryoz hadisə olub.
Oxu.az-un məlumatına görə, iqamətgahın sarayına siçovul girib.
Dərhal saraya gəmiricilərlə mübarizə xidmətinin əməkdaşları çağırılıb.
Vəziyyət o həddə çatıb ki, kraliça II Yelizaveta təcili şəkildə sarayı tərk edib.