CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azay Quliyev QHT-lərin savadsızlığından danışdı: Layihə yazmağı öyrənin!

© Sputnik / Eldar TanriverdiyevAzərbaycanın ATƏT PA-da nümayəndə heyətin rəhbəri Azay Quliyev
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətin rəhbəri Azay Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Şura sədri: "QHT-lər özlərinin savadsızlığını ört-basdır etmək naminə Şuranın işlərinə kölgə salmasınlar"

BAKI, 24 iyun — Sputnik. Qeyri Hökumət Təşkilatları Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını şantaj etməkdənsə, layihə yazmağı öyrənsin.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev "Səlis elektron vətəndaş proqramının tətbiqi"nin nəticəsinə həsr olunmuş brifinqdə deyib.

Maliyyə Nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Onun sözlərinə görə, Şuranın keçirdiyi müsabiqədə layihəsi qalib gəlməyən QHT-lər şantajla məşğul olurlar. Azay Quliyev istənilən QHT-nin layihəsini mətbuatda yerləşdirməyə hazır olduqlarını deyib. O, həmçinini qətiyyətlə bildirib ki, QHT-lər şantaj və təhdidlə heç nəyə nail ola bilməyəcəklər:

"Şantajla, təhdidlə, hədə-qorxu gəlməklə bizdən heç vaxt nəsə qopara bilməzlər. Bizi şantaj etmək, haqqımızda böhtan yazmaq əvəzinə, düzgün layihə yazmağı öyrənsinlər. Əgər istəyirlərsə, gəlsinlər, onlara təlim keçək."

Şuranın fəaliyyətinin göz qabağında olduğunu vurğulayan Quliyev, bütün layihələrin şəffaf şəkildə həyata keçirildiyini qeyd edib. Həmçinin deyib ki, əgər sözügedən QHT rəhbərləri şantaja və təhdidlərə son qoymasalar, onların yazdıqlarını ictimaiyyətə təqdim edəcəklər.

"Biz həmin QHT-lərin yazdıqları layihələri ictimaiyyətə təqdim edəcəyik ki, qoy ictimaiyyət özü qiymət versin. Bundan sonra görüm həmin QHT-lər nə üzlə ictimaiyyət qarşısına çıxacaqlar", - deyə Şura sədri bildirib. O əlavə edib ki, dövlət başçısının verdiyi tapşırıqları yerinə yetirməyə, ölkədə aparılan islahatlara, quruculuq işlərinə öz töhfələrini verməyə qərarlıdırlar. Ona görə də istəyirlər ki, QHT-lər özlərinin savadsızlığını ört-basdır etmək naminə Şuranın işlərinə kölgə salmasınlar.

Xəbər lenti
0