Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

© AZƏRTACMonteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - Sputnik Azərbaycan
Abunə olmaq
Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikasının Baş Nazirinin müavini Əli Həsənov qarşılayıb

BAKI, 23 iyun - Sputnik. Monteneqronun Baş Naziri Duşko Markoviç iyunun 23-də Azərbaycana rəsmi səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikasının Baş Nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirilib.

Xəbər lenti
0