SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İstanbulda təkrar bələdiyyə seçkisidir

© REUTERS / HUSEYIN ALDEMIRTürkiyədə seçkilər
Türkiyədə seçkilər - Sputnik Azərbaycan
Abunə olmaq
Əkrəm İmamoğlu ilə Binəli Yıldırım yenidən İstanbula rəhbərlik etmək uğrunda yarışırlar

BAKI, 23 iyun - Sputnik. Bu gün İstanbulda təkrar bələdiyyə seçkisi keçirilir.

Sputnik Azərbaycan-ın xəbərinə görə, İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə əsas namizədlər Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımdır. Səsvermə Bakı vaxtı ilə 09.00-da başlayıb və 18.00-da başa çatacaq. 

Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu toplayıb. 

YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib. Lakin AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib. Qurum mayın 6-da İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib və yeni seçkilər təyin edib. Əkrəm İmamoğlunun bələdiyyə sədri mandatı isə geri alınıb.

Xəbər lenti
0