Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Son öpüş": Üzrə aldanıb dilini itirdi

CC0 / Pexels / KissingÖpüşməyə hazırlaşan xoşbəxt insanlar
Öpüşməyə hazırlaşan xoşbəxt insanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Qadının hazırda 8 il müddətində azadlıqdan məhrum oluna biləcəyi qeyd olunur. Hadisə qurbanının vəkilləri isə qadının 10 il müddətinə həbsxanaya göndərilməsini istəyiblər.

BAKI, 23 iyun — Sputnik. Keçmiş sevgilisinin dilini dişləyərək qoparmış qadın 8 il müddətində azadlıqdan məhrum ola bilər.

© dailymail / CENÖz keçmiş sevgilisinin dilini dişləyərək qopardığına görə, Adayya Lopes Esteve 8 il müddətində azadlıqdan məhrum ola bilər
Son öpüş: Üzrə aldanıb dilini itirdi - Sputnik Azərbaycan
Öz keçmiş sevgilisinin dilini dişləyərək qopardığına görə, Adayya Lopes Esteve 8 il müddətində azadlıqdan məhrum ola bilər

Sputnik Azərbaycan “Daily Mail”ə istinadən xəbər verir ki, 2017-ci ildə sevgilisindən ayrılarkən sonuncu dəfə onunla öpüşmək istəyən Barselona sakini Adayya Lopes Esteve kişinin dilini dişləyərək qoparıb və yerə tüpürüb.

Qadının hazırda 8 il müddətinə azadlıqdan məhrum oluna biləcəyi qeyd olunur. Hadisə qurbanının vəkilləri isə qadının 10 il müddətinə həbsxanaya göndərilməsini istəyiblər.

© dailymail / CENNövbəti dəfə oğlan tərəfindən atıldığını eşidən Esteve sevgilisinin qərarına aqressiv şəkildə reaksiya verib
Son öpüş: Üzrə aldanıb dilini itirdi - Sputnik Azərbaycan
Növbəti dəfə oğlan tərəfindən atıldığını eşidən Esteve sevgilisinin qərarına aqressiv şəkildə reaksiya verib
    

Yerli media xəbər verir ki, cütlük 2016-cı ilin dekabrında internetdə tanış olub və bir neçə dəfə ayrılıb-barışandan sonra 2017-ci ilin iyununda sevgilisi Adayyadan birdəfəlik ayrılmaq qərarına gəlib.   

Estevenin sevgilisinin qərarına aqressiv şəkildə reaksiya verdiyi, mənzildən şığıyaraq çıxdığı və yenidən mənzilə qayıdaraq sevgilisindən üzr istədiyi bildirilir.

© dailymail / CENİnsidentin araşdırılması başa çatıb və Esteveyə ittiham irəli sürülüb
Son öpüş: Üzrə aldanıb dilini itirdi - Sputnik Azərbaycan
İnsidentin araşdırılması başa çatıb və Esteveyə ittiham irəli sürülüb

Yerli “El Taquigrafo” qəzetinin məlumatına görə, qadın sevgilisini qucaqlayaraq ondan “son öpüş” istəyib və vəziyyətdən sui-istifadə edərək onun dilini dişləyərək qoparıb, yerə tüpürüb. Estevenin sevgilisini qan içində qoyub qaçdığı bildirilir.

© dailymail / CENEsteve baş verənləri təkzib etməklə bildirib ki, keçmiş sevgilisi təcavüz tərəfdarıdır
Son öpüş: Üzrə aldanıb dilini itirdi - Sputnik Azərbaycan
Esteve baş verənləri təkzib etməklə bildirib ki, keçmiş sevgilisi təcavüz tərəfdarıdır

Xoşbəxtlikdən, qonşulardan biri kişinin qışqırıqlarını eşidib və onun xəstəxanaya çatdırılmasına yardım edib.

Xəbər lenti
0