BAKI, 23 iyun - Sputnik. Bakının Nizami rayonu ərazisində yerləşən "X-Lady" mağazasında baş verən yanğın söndürülüb.
Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.
Eldar Əzizov bildirib ki, yanğının baş vermə səbəbləri araşdırılacaq: "Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün bu istiqamətdə lazımi işlər görülür. Yanğının baş vermə səbəbləri obyektiv qaydada araşdırılacaq".
Hazırda yanğın söndürülüb. İlkin ehtimala görə, hadisənin qısaqapanma nəticəsində baş verdiyi güman edilir.