Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zaqatalada ağır qəza olub: 2 ölü, 1 yaralı

CC0 / macdeedle / crushSHACMAN qəza
SHACMAN qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə bu gün səhər saat 05:00 radələrində baş verib

BAKI, 22 iyun — Sputnik. Zaqatalada baş vermiş ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissədə qeydə alınıb.

Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
Bakıda qəza yolda sıxlıq yaradıb

Balakən rayonunun Katex kənd sakini, 1959-cu il təvəllüdlü Şamsuda Carullah oğlu Osmanovun idarə etdiyi “Shacman” markalı 90-ST-247 dövlət nömrə nişanlı yük maşını ilə “VAZ 2109” markalı 62-BK-865 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilində olan Zaqatala şəhər sakini, 1987-ci il təvəllüdlü Çingiz Hacıbəy oğlu Sulxayev və şəxsiyyəti hələlik dəqiqləşdirilməyən daha bir nəfər aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

© APAZaqatalada ağır avtoqəza
Zaqatalada ağır avtoqəza - Sputnik Azərbaycan
1/4
Zaqatalada ağır avtoqəza
© APAZaqatalada ağır avtoqəza
Zaqatalada ağır avtoqəza - Sputnik Azərbaycan
2/4
Zaqatalada ağır avtoqəza
© APAZaqatalada ağır avtoqəza
Zaqatalada ağır avtoqəza - Sputnik Azərbaycan
3/4
Zaqatalada ağır avtoqəza
© APAZaqatalada ağır avtoqəza
Zaqatalada ağır avtoqəza - Sputnik Azərbaycan
4/4
Zaqatalada ağır avtoqəza
1/4
Zaqatalada ağır avtoqəza
2/4
Zaqatalada ağır avtoqəza
3/4
Zaqatalada ağır avtoqəza
4/4
Zaqatalada ağır avtoqəza

Minik avtomobilində olan daha bir nəfər - rayonun Qazangül qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rafiq Yunis oğlu Bəkirov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0