CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollarda satılan zəhər mənbəyi - Qazanc üçün hər hər şeyə əl atırıq

© Sputnik / Murad OrujovНезаконная продажа и забой скота на улицах Баку
Незаконная продажа и забой скота на улицах Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Yol kənarındakı dəhşətli mənzərə insanın sağlamlığı ilə bərabər psixikasına da zərər vurur

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. Ölkə prezidentinin müvafiq sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarına sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı tədbirlər görülməsi tapşırılıb. Artıq sərəncama uyğun olaraq Bakıda fəaliyyət göstərən bir çox kəsim məntəqələrinə nəzarət edilir, açıq kəsimin qarşısı müəyyən qədər alınıb.

Ət kəsimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ət kəsimi məntəqələri bağlanır, reydlər başladı

Amma bölgələrdə vəziyyət heç də ürəkaçan deyil. Rayonlara gedən yolların kənarında açıq ət kəsimi məntəqələri fəaliyyət göstərir. Üzərinə nazik torlar çəkilən kəsilmiş heyvan cəmdəkləri yol kənarında ağaclardan asılaraq, müştərisini gözləyir.

Və hər gün yollardan keçən avtomobillərdən xaric olunan zərərli qazlar, toz, torpaq bu ətin üzərinə hopur. Şəhər insanı isə "təmizdir, rayon məhsuludur" deyə bu əti alır.

Amma mütəxəssislərə görə, avtomobillərdən xaric edilən zərərli maddələr sağlamlıq üçün ciddi təhlükə mənbəyidir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Abşeron, Kür-Araz, Gəncə-Qazax, Quba-Xaçmaz iqtisadi rayonlarının ərazisindən keçən magistral yollarda və sənaye mərkəzlərində atmosferin yerə yaxın olan təbəqəsində qaz və toz tullantılarının orta sutkalıq və birdəfəlik hədd qiyməti "YVB" normasından bir neçə dəfə çoxdur. Belə ki, avtomobillərin yanma mühərriklərindən çıxan zəhərli tullantı maddələrin miqdarı karbon oksidləri 0,5-10%, azot oksidləri 0,8-25%, karbohidratlar 3%, aldehidlər 0,2% təşkil edir.

Yəni, bu tullantı maddələr yol kənarında satılan məhsullara, xüsusən yenicə kəsilmiş heyvanların ətinə hopur. Bu da sağlamlıq üçün çox təhlükəlidir. Yəni, bu ətləri alan insanlar təhlükəli qazların hopmuş olduğu əti yeyərək, sağlamlığına ciddi zərər vurmuş olur.

Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, avtomobillərdən xaric edilən qazlar, çirkli hava tənəffüs yolları, xərçəng, ürək çatışmazlığı və s. bu kimi xəstəliklərin yaranmasına səbəb olur: "İnsan bu heyvanların ətini yeyəndə dadı, qoxunu hiss etməyə bilər. Bəlkə ilk dəfə bu sağlamlığa zərər vurmaz. Ancaq mütəmadi olaraq belə qidalarla qidalanmaq sağlamlıq üçün böyük təhlükədir. Bu səbəbdən də vətəndaşlar açıq kəsim yerlərindən ət alarkən diqqətli olmalıdır".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-a verilən məlumata görə, qurum əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Agentlik paytaxt Bakı və respublikanın müxtəlif bölgələrində standartlara uyğun, müasir heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir.

Bakıda qeyri-qanuni heyvan kəsimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Heyvan kəsimi ilə bağlı son xəbərdarlıq edildi

"Qurum həm paytaxtda həm də respublikanın bütün rayonlarında küçələrdə, yol kənarlarında anti-sanitar şəraitdə heyvan kəsiminin qarşısının alınması üçün mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bu cür heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıqlar edilir və yol kənarlarında quraşdırılan, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları yerli icra strukturlarının nümayəndələri tərəfindən sökülür. Agentlik tərəfindən aparılan reyd və yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar olunur, həmin nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq icra orqanlarına müraciət olunur" – deyə məlumatda bildirilib.

Məlumata xüsusi olaraq qeyd edilib ki, Agentlik qida sahəsində yalnız nəzarət və tənzimləmə funksiyasını həyata keçirir: "Agentlik vətəndaşlardan xahiş edir ki, qanunsuz heyvan kəsiminin qarşısının alınması prosesində vətəndaşlar özləri də yaxından iştirak etsinlər. Onlar baytarlıq nəzarətindən keçməmiş ət və ət məhsullarından istifadə etməsinlər və ya ət alarkən həmin heyvanın baytarlıq müayinəsindən keçib-keçməməsi ilə bağlı satış məntəqəsindən məlumat tələb etsinlər. Eyni zamanda, bu sahədə vətəndaşlar qarşılaşdıqları hər hansı qanunsuz fəaliyyətlə bağlı hüquq-mühafizə orqanları, yerli icra orqanları və Agentliyin 1003 "Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər. Bu sahədə qanunsuz fəaliyyət göstərən hər bir sahibkar isə qanunvericiliyin tələbləri çərçivəsində məsuliyyət daşıyır".

Xəbər lenti
0