BAKI, 22 iyun — Sputnik. NATO Hərbi Komitəsinin heyətinə tarixdə ilk dəfə olaraq qadın üzv daxil edilib.
Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, Norveç hərbi qüvvələrinin kontr-admiralı Luiz Dediçen Şimali Atlantika Alyansı Hərbi Komitəsinin heyətinə qəbul olunub.
Bu barədə Alyansın nümayəndəsi Oana Lungesku özünün Twitter hesabında məlumat yayıb: "NATO Hərbi Komitəsindəki ilk qadını - Luiz Dediçeni təbrik edirik".
Congratulations to Rear Admiral @LouiseDedichen of #Norway 🇳🇴- the 1️⃣st woman on @NATO’s Military Committee. Only 28 more to go! #WeAreNATO #womenatwork pic.twitter.com/HGgAi7lVik
— Oana Lungescu (@NATOpress) 22 июня 2019 г.
NATO Hərbi Komitəsi Alyansa daxil olan ölkələrin baş qərargah rəislərini birləşdirir. Hərbi Komitənin başçısı NATO Baş Katibinin baş hərbi müşaviridir, onun vasitəsilə hərbi rəhbərlərin rəyləri təşkilatın siyasi qərarların verilməsində məsul olan orqanlarına çatdırılır.