BAKI, 22 iyun — Sputnik. Paytaxtda iki küçənin kəsişməsində avtomobillərin hərəkəti çətinləşib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, A.Bakıxanov-Mirəli Qaşqay küçələrinin kəsişməsində nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranıb. M. Ağayev bildirib ki, bu, aparılan təmir işləri ilə əlaqədardır. Belə ki, A.Bakıxanov küçəsindəki iki zolaqda hərəkət müvəqqəti məhdudlaşdırılıb. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, A.Bakıxanov küçəsindən sola, Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq məhdudlaşdırılıb.