BAKI, 21 iyun — Sputnik. Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakıdan Simferopola müntəzəm avtobus reysləri açılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə "Krımavtotrans" şirkətinin rəhbəri İqor Korobçuk deyib.
"Bakıya reyslər keçən ay açılıb. Daşıyıcılar reysi həftədə bir dəfə həyata keçirəcəklər", - deyə Korobçuk bildirib.
O, həmçinin deyib ki, Belarusa da avtobus daşımalarının təşkil olunacağı gözlənilir.
"Minsk istiqamətində daşımalar hələ başlamayıb. Hazırda Moskvadan sənədlərin alınması məsələsi həll olunur", - Korobçuk deyib.