SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Aeroflot" Rusiya vətəndaşlarını Gürcüstandan çıxarır

© Sputnik / Maksim Blinov / Mediabanka keçidСамолет авиакомпании "Аэрофлот"
Самолет авиакомпании Аэрофлот - Sputnik Azərbaycan
Abunə olmaq
Aviaşirkət iyulun 8-dən sonrakı tarixə satılan biletlərin pulunu da qaytaracaq

BAKI, 22 iyun — Sputnik. Rusiyanın "Aeroflot" aviaşirkəti Gürcüstana uçuşların ləğvindən sonra bu ölkədə olan rusiyalıların çıxarılmasına başlayıb. Bu barədə Sputnik Gürcüstan xəbər verir.

Aviaşirkət eyni zamanda iyulun 8-dən sonrakı tarixə satılan biletlərə görə pulları da geri qaytarmaq niyyətindədir. Məhz həmin gündən Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən Rusiya aviaşirkətlərinə Gürcüstana uçmaq qadağan ediləcək. Rusiya tərəfinin məlumatına görə, müvəqqəti tədbirlər təhlükəsizlik məqsədi ilə qəbul olunub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, qadağanın ləğvi üçün Gürcüstanda vəziyyət normallaşmalı və Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün istənilən təhdidlər aradan qalxmalıdır. 

Xəbər lenti
0