BAKI, 21 iyun - Sputnik. Prezident İlham Əliyev Ali Attestasiya Komissiyasına sədr təyinatı ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Famil Front oğlu Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilsin".