BAKI, 21 iyun — Sputnik. Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə parlament qarşısında etiraz aksiyalarını kütləvi şəkildə dövlət çevrilişi cəhdi kimi dəyərləndirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
Nazirlik yaydığı məlumatda qeyd edir ki, etiraz edən şəxslər çağırışlara baxmayaraq parlamentə hücumu və polislə qarşıdurmanı davam etdirib.
Qeyd edək ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq dünən Bakıya səfərə gələn parlament spikeri İrakli Kobaxidzenin istefasını tələb ediblər. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında baş tutan qarşıdurmada 52 nəfər yaralanıb ki, onların da 38-i polis əməkdaşıdır.
— Ruptly (@Ruptly) 20 июня 2019 г.
Bu arada, Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün Belarusa olan səfərini yarımçıq qoyaraq təcili Tbilisiyə geri qayıdır. O, Minskə ötən gün gəlib və onun Belarus Prezidenti Aleksandr Lukaşenko və Baş Nazir Sergey Rumasla görüşü nəzərdə tutulurdu. Gürcü lideri, həmçinin II Avropa Oyunlarının açılış mərasiminə də qatılmalı idi.
Gürcüstan Baş naziri Mamuka Baxtadze isə bəyan edib ki, Tbilisinin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar.