SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dünən qanlı müharibə başlayacaqdı

© REUTERS / JONATHAN ERNSTDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Güman edilir ki, Ağ Ev logistik və strateji çətinlikərlə üzləşib

BAKI, 21 iyun — Sputnik. İranın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasından sonra Donald Tramp İslam Respublikasına zərbələr endirməyə icazə verib, lakin sonradan əməliyyatı ləğv edib.

Прямая линия с президентом РФ Владимиром Путиным - Sputnik Azərbaycan
Putin canlı efirdə İrandan danışdı: "Hər şeyə gedə bilərlər"

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "New York Times"a ABŞ prezidentinin administrasiyasında olan mənbələr deyiblər.

Qəzet yazır ki, ABŞ iranlı hərbçilər və mülki şəxslər arasında böyük sayda itkilərə yol verməmək üçün zərbələri səhər tezdən (Tehran vaxtı ilə 03:30 radələrində) endirməyi nəzərdə tutubmuş.

Zərbələr bir sıra obyektləri, o cümlədən RLS və raket qurğularını vurmalı idi.

Lakin "New York Times" bildirir ki, əməliyyat ilkin planlaşdırma mərhələsində ləğv olunub. Bunun nə ilə bağlı olduğu hələ ki, aydın deyil: güman edilir ki, Ağ Ev ya sadəcə olaraq fikrini dəyişib, ya da logistik və strateji çətinlikərlə üzləşib.

S-400 zenit-raket kompleksi - Sputnik Azərbaycan
İran: Ehtiyac olsa, "S-400"ü ala bilərik

İyunun 20-si İslam İnqilabı Keşikçilər Korpusu bəyan edib ki, İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurub.

Məlumata əsasən, insident İranın Hormozqan vilayətində, Kuhə Mubarak rayonunda baş verib. Pilotsuz aparat İranın hava məkanını pozduğu üçün vurulub.

İnsidentdən bir həftə əvvəl isə Oman körfəzində Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib. İnsidentin səbəbləri aydın olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb.

Xəbər lenti
0