CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazirin müavini qadın sahibkarlığının inkişafına mane olan amilləri dedi

© Sputnik / Murad OrujovBaş nazirin müavini Əli Əhmədov
Baş nazirin müavini Əli Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazirin müavini uşaq bağçaları sisteminin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. "Bu gün Azərbaycanda aparılan iqtisadi islahatların əsas hədəfi kiçik və orta sahibkarlığı, qadın sahibkarlığını inkişaf etdirmək, onların müxtəlif sahələrdə iştirakçılığını artırmaqdır. Bu gün ali məktəblərdə təhsil alan tələbələr sırasında qızların əhəmiyyətli dərəcədə üstünlük təşkil etməsi bizə onu deməyə əsas verir ki, gələcəkdə bir sıra sahələrdə qadın işçilərin sayı kişilərlə müqayisədə üstünlük təşkil edəcək. Güman edirəm ki, biz gələcəkdə yalnız kiçik və orta sahibkarlıqda deyil, biznes sahəsində də qadınların aktivliyini görəcəyik". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov "Qadın Sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər" mövzusunda keçirilən beynəlxalq forumda deyib.

O, həmçinin əhalinin sayının artımının əmək bazarına təsirindən də danışıb: "Əhali artımı əmək bazarı üçün yeni işçi qüvvəsinin yaranması deməkdir. Bu isə o deməkdir ki , hər il əmək bazarına yüz mindən artıq yeni işçi qüvvəsi gəlir. Sevindirici haldır ki, yeni işçi qüvvəsinin yarısını qadınlar təşkil edir".

Baş nazirin müavini həmçinin qadın sahibkarlığının inkişafına mane olan amillərdən danışarkən uşaq bağçaları sisteminin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Xəbər lenti
0