ABŞ-dan yeni silah: Səs sürətini 5 dəfə üstələyəcək

© AP Photo / Ben MargotABŞ müdafiə sənayesinin yeni təyyarələri
ABŞ müdafiə sənayesinin yeni təyyarələri - Sputnik Azərbaycan
Abunə olmaq
"Raytheon"un vitse-prezidenti Tom Bassinq bu silahın oxşarının olmadığını deyib

BAKI, 21 iyun — Sputnik. ABŞ müdafiə sənayesi şirkəti "Raytheon" səsdən sürətli (hipersonik) raketin konsepsiyasını təqdim edib.

Прямая линия с президентом РФ Владимиром Путиным - Sputnik Azərbaycan
"Heç bir ölkədə Rusiyada olan silah yoxdur" – Putin dünyaya mesaj verdi

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Aviation Week" nəşri məlumat yayıb.

Şirkət iddia edir ki, raketin sürəti təxminən 5 Max (səs sürətindən beş dəfə çox – red.) olacaq.

"Raytheon"un vitse-prezidenti Tom Bassinq bu silahın oxşarının olmadığını deyib.

Son dövrlərdə ABŞ səsdən sürətli raketlərin yaradılması üzərində fəal olaraq çalışır. Belə ki, 2018-ci ildə amerikalı hərbçilər "ARRW" adlanan "hava-yer" sinfinə aid raketin yaradılmasına başlayıblar. Eyni zamanda ABŞ "HCSW" adlı raketin üzərində işləyir.

Hər iki raketin yaradılmasının təqribən bir milyard yarım dollara başa gələcəyi bildirilir.

Xəbər lenti
0