CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ondan artıq şəxsi ilan sancdı - Azərbaycanda

© pixabay / u_8u5n1hlxЗмея
Змея - Sputnik Azərbaycan
Abunə olmaq
"Müraciət edən xəstələrdən 4-nün vəziyyəti ağır olub" - Azər Maqsudov

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. "İlansancmaya görə bu ay ərzində ümumilikdə 11 müraciət daxil olub. Müraciət edən xəstələrdən 4-nün vəziyyəti ağır olub. Lakin ilansancmaya görə ölən olmayıb". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, müraciətlər Bakı ilə yanaşı müxtəlif rayonlardan da olub: "Şöbəmizə Ağcabədi, Qəbələ və digər rayonlardan da ilansancmaya görə müraciətlər daxil olub. Müraciətlər araşdırıldıqda isə həmin şəxsləri gürzə ilanının sancdığı bəlli olub"

"11 müraciət edən şəxsdən 10-u artıq evə buraxılıb. Bir xəstə isə bu gün evə buraxılacaq," – deyə A.Maqsudov əlavə edib.

Xəbər lenti
0