CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Nizami" metrostansiyasından istifadə edən sərnişinlər sentyabrda sevinəcəklər

© Sputnik / Murad Orujov"Nizami" stansiyasının vestibülü
Nizami stansiyasının vestibülü - Sputnik Azərbaycan
Abunə olmaq
"Nizami" metrostansiyasından istifadə edən sərnişinləri sentyabrda sevindirəcəklər

BAKI, 20 iyun — Sputnik. Daha bir eskalatorun əsaslı təmiri başa çatdırılıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.

Məlumatda bildirilib ki, müvafiq texniki göstəricilərə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq. Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır. Qeyd edək ki, “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb. Onu da əlavə edək ki, "Həzi Aslanov" stansiyasında olan “ET-5M” tipli 2 saylı eskalatorun əsaslı təmiri artıq başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib.

Xəbər lenti
0