BAKI, 20 iyun — Sputnik. Təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimində Xalq artisti Murad Dadaşovun iştirakına dair sosial şəbəkədə paylaşım edərək etirazını bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, o, kinayə ilə Murad Dadaşovu təhsil eksperti adlandırıb: "Dünən Təhsil Nazirliyinin təşkilatçılığı ilə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Deputatların, rektorların, təhsil ekspertlərinin iştirak etdiyi tədbirə şoumen Murad Dadaşov da dəvət olunmuşdu. Kimsə mənə dedi ki, təhsili artıq məzhəkəyə çeviriblər.
"Bütün bu məzhəkələr şagird uğurlarına kölgə sala bilməzdi, qalibləri səmimi qəlbdən təbrik edirəm", - Etibar Əliyev fikrini yekunlaşdırıb.