CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş prokurorun müavini Ağstafa qətliamından danışdı

© Sputnik / Ilham MustafayevAğstafada 12 il əvvəl başlayan qan davası daha 4 nəfərin qətlinə 3 nəfərin isə yaralanmasına səbəb olub
Ağstafada 12 il əvvəl başlayan qan davası daha 4 nəfərin qətlinə 3 nəfərin isə yaralanmasına səbəb olub - Sputnik Azərbaycan
Abunə olmaq
Rüstəm Usubov deyib ki, ailələr arasında uzun müddətli dava olub

BAKI, 20 iyun — Sputnik. "Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adamöldürmə cinayətlərilə bağlı daim təhlillər aparılır".

Автомат Калашникова АК-308 - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ağstafasayağı "vendetta" - "Sakit və zəhmətkeş" adamın qisası

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

Onun sözlərinə görə, bunun nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir: "Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, cinayətlərin üstünün açılma faizi isə çoxalır".

R.Usubov Ağstafada ölümlə nəticələnən hadisə ilə bağlı danışarkən qeyd edib ki, ailələr arasında uzun müddət dava olub: "Vəzifəli şəxslər vaxtı ilə ailələrlə ciddi söhbətlər apararaq onları həmişə barışığa dəvət ediblər. Zamanında buna nail olunmuşdu. Nəticədə alınan cəzalar azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur".

Xəbər lenti
0