Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 20 iyun — Sputnik. Bu gün səhər saatlarında Bakı-Qazax yolunda 3 mikroavtobusun iştirakı ilə qəza baş verib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, qəzada yaralanan 3 şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Nazirliyin məlumatına görə, xəstə yaxınları bir müddət sonra yaralıları həmin xəstəxanadan çıxardaraq digər xəstəxanaya aparıblar.
Qeyd edək ki, mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində baş verən qəzada xəsarət alanlardan biri, 1986-cı il təvəllüdlü Qazax rayon sakini Fariz Carçıyev, digəri Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Alek Sərxanov və 1999-cu il təvəllüdlü Tərtər rayon sakini Elgiz Şirinov olub.