CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ-da Qarabağ danışıqları: Bu gün nazirlər görüşürlər

© REPORTAzərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlərin görüşü ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə Vaşinqtonda keçiriləcək

BAKI, 20 iyun — Sputnik. Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında növbəti görüş baş tutacaq.

Sputnik Azərbaycan xəbər verir ki, nazirlərin görüşü ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək. Görüşdən əvvəl hər iki nazir həmsədrlərlə danışıqlar aparıb. Məmmədyarov və Mnatsakanyan görüşünün Bakı vaxtı ilə bu gün günün ikinci yarısından sonra baş tutacağı gözlənilir.

Xəbər lenti
0