Terrorçularla müharibənin sonuncu mərhələsi başlayır – Səfir

© Sputnik / Mikhail Voskresenskiy / Mediabanka keçidВоеннослужащие сирийской армии во время учений на передовых позициях в районе города Манбидж в провинции Алеппо
Военнослужащие сирийской армии во время учений на передовых позициях в районе города Манбидж в провинции Алеппо - Sputnik Azərbaycan
Abunə olmaq
Həddad bildirib ki, silahlılar başqa ölkələrə qaçırlar, bu isə yeni terror aktları dalğasına gətirib çıxara bilər

BAKI, 20 iyun — Sputnik. Suriyada terrorçularla müharibənin sonuncu mərhələsi başlayır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Suriyanın Rusiyadakı səfiri Riyad Həddad deyib.

Tofiq Abbasov - Sputnik Azərbaycan
Politoloq Suriya ətrafında baş verən pərdəarxası proseslərdən danışır

Onun sözlərinə görə, silahlılar başqa ölkələrə qaçırlar, bu isə yeni terror aktları dalğasına gətirib çıxara bilər.

Həddad bildirib ki, terrorçular Suriyada yalnız döyüş qabiliyyəti deyil, həmçinin böyük maliyyə və texnoloji potensialdan istifadə etməyə imkan verən taktiki və strateji imkanlar əldə ediblər.

Onun sözlərinə görə, bununla terrorçular daha çox insanı öz tərəflərinə çəkmək və uzaq məsafələrdən tapşırıqlar və əmrlər vermək imkanını əldə edəcəklər.

Suriyada münaqişə 2011-ci ildən bəri davam edir. 2017-ci ilin sonunda regionda İŞİD terror təşkilatı üzərində qələbə çalındığı bəyan edilmişdi. Lakin ayrı-ayrı ərazilərin terrorçulardan təmizlənməsi davam edir.

Xəbər lenti
0