BAKI, 20 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu gün canlı efirdə vətəndaşların suallarına cavab verəcək.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, ümumilikdə vətəndaşlardan bir milyondan çox sual qəbul olunub.
Televiziya kanalları canlı efir üçün üç saat ayırıblar. Veriliş Moskva vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayacaq və “Rossiya 1”, “Rossiya 24”, “Birinci Kanal”, “NTV”, “OTR”, “MİR” telekanalları, “Mayak”, “Vesti FM” və “Radio Rossiyi” radiostansiyaları tərəfindən, o cümlədən sosial şəbəkələrdə yayımlanacaq.
Sualların qəbulu iyunun 9-u Moskva vaxtı ilə saat 08:00-da başlayıb və verilişin sonuna qədər davam edəcək.
Bildirilir ki, nazirlər və qubernatorlar prezidentin mümkün qeydlərinə və istəklərinə cavab verə bilmək üçün iş yerlərindən canlı yayıma qoşulacaqlar.