Natiq Rəsulzadə: “Nəsimi dünyaya tanıdılmalıdır”
“Nəsimi Azərbaycanın böyük şairidir və dünyaya tanıdılmalıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Xalq yazıçısı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə deyib.
“Bizim belə şairlərimiz çoxdur. Bədnam qonşularımız hər şeyimizi mənimsəyirlər. Buna görə də bu ilin “Nəsimi ili” elan edilməsi çox önəmlidir. Dünya bizim mədəniyyətimizi görməli, ədəbiyyatımızı tanımalıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.
Natiq Rəsulzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz