CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bağça probleminin həlli üçün real addım atılıb - ÖZƏL

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidДети во время игры в детском саду
Дети во время игры в детском саду - Sputnik Azərbaycan
Abunə olmaq
Qobu-park yaşayış massivində 12 qrup 220 uşaq yeri olan, Yasamal rayonu Mənzil-İnşaat Agentliyi tərəfindən inşa edilmiş 12 qrup 220 uşaq yeri olan məktəbəqədər təhsil müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi haqqında sənədləşmə işləri aparılır.

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik. Bakıda həyətyanı sahəsi böyük olan məktəbəqədər təhsil müəssisələrində əlavə 2-4 qrupluq (60-80 uşaq yerlik) korpuslar inşa olunacaq. Bu barədə Sputnik Azərbaycan-a özəl açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat katibi İsrafil Kərimov məlumat verib.

İ. Kərimov bildirib ki, hazırda "Qobu Park" yaşayış massivində 12 qrup 220 uşaq yeri olan, Yasamal rayonu Mənzil-İnşaat Agentliyi tərəfindən inşa edilmiş 12 qrup 220 uşaq yeri olan məktəbəqədər təhsil müəssisələrinin Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi haqqında sənədləşmə işləri aparılır. Qurumun sözçüsü bildirib ki, BŞİH-nin tabeliyində 346 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Orada 2152 qrupda 4634 uşaq təlim-tərbiyə alır.

Xəbər lenti
0