CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakininin evini soyub 90 min manatdan çox zərər vurdular

© REPORTHadisə yerində polis avtomobili
Hadisə yerində polis avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Oğurluğu törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb

BAKI, 19 iyun — Sputnik. Bakı şəhər sakini mənzilindən içərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirilib.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Müraciətlə əlaqədar polis əməkdaşları müvafiq araşdırmalar aparıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.

Xəbər lenti
0