BAKI, 19 iyun — Sputnik. İyunun 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayan Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Nuranə Ədalət qızı Dadaşova tapılıb.
© © DİN-nin mətbuat xidmətiDadaşova Nuranə
Dadaşova Nuranə
© © DİN-nin mətbuat xidməti
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ATV kanalının "Bizimləsən" verilişində məlum olub.
Qızının tapılması üçün verilişə müraciət edən atası Ədalət Dadaşov canlı yayımda şok anlar yaşayıb. Efirə Nuranənin bir qızla "Whatsapp" yazışmaları təqdim edilib.
Nuranə yazışmalarında dəfələrlə israr edib ki, atasına onun öldüyünü desinlər.
Həmin kadrları təqdim edirik.