Tehran hamının qorxduğu ABŞ-İran müharibəsindən danışdı

© AP Photo / Andrew HarnikAğ evin qarşısında İran bayraqları
Ağ evin qarşısında İran bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqonda bildiriblər ki, ABŞ Yaxın Şərqə əlavə olaraq 1000 hərbçi göndərmək niyyətindədir

BAKI, 19 iyun — Sputnik. Tehran və Vaşinqton arasında müharibə baş verməyəcək.

Российский участок международного транспортного коридора Север-Юг - Sputnik Azərbaycan
SİYASƏT
Yollar kəsişir: Rusiya, Azərbaycan və İran liderləri Soçidə nəyi müzakirə edəcəklər?

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.

"İran və ABŞ arasında müharibə baş verməyəcək, çünki bunun üçün səbəb yoxdur", - deyə o bildirib.

İyunun 17-si ABŞ müdafiə nazirliyi bildirib ki, Vaşinqton İrandan gələn "təhlükə"yə cavab olaraq Yaxın Şərqə əlavə qüvvələr göndərməyə hazırlaşır. Vaşinqtonun fikrincə, iyunun 13-ü Oman körfəzində "Front Altair" və "Kokuka Courageous" neft tankerlərinə edilmiş hücumlarda Tehranın əli var.

Pentaqonda bildiriblər ki, ABŞ Yaxın Şərqə əlavə olaraq 1000 hərbçi göndərmək niyyətindədir.

Çərşənbə axşamı Dövlət Katibi Mayk Pompeo ABŞ prezidentinin İranla müharibə istəmədiyini, lakin Vaşinqtonun regionda öz maraqlarının müdafiəsini vacib hesab etdiyini deyib.

Xəbər lenti
0