"Facebook"dan yenilik - maliyyə sektorunu silkələyəcək

© REUTERS / Dado RuvicFacebook
Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkət yeni kriptovalyutanı saxlamaq üçün yaratdığı “Calibra” adlı rəqəmsal pul qabını “Messenger” və “WhatsApp” proqramlarında tətbiq edəcək

BAKI, 18 iyun — Sputnik. "Facebook" şirkəti bu gün tərəfdaşları ilə birlikdə “Libra” adlı yeni kriptovalyutanı təqdim edib.   

Sputnik Azərbaycan “CNET”ə istinadən xəbər verir ki, yeni kriptovalyuta 2020-ci ilin birinci hissəsində dövriyyəyə buraxılacaq.

“Libra”nın sabit maliyyə aktivləri ilə dəstəklənəcəyi və ona nəzarət edən idarəetmə orqanının olacağı bildirilir.

Məlumata görə, “Facebook” yeni kriptovalyutanı saxlamaq üçün yaratdığı “Calibra” adlı rəqəmsal pul qabını “Messenger” və “WhatsApp” proqramlarında tətbiq edəcək.

“Facebook”un yeni kriptovalyuta üzərində birbaşa idarəçiliyinin olmayacağı bildirilir. Əvəzində şirkət İsveçrədə yerləşən “Libra Association” (“Libra Assosasiyası”) adlı qeyri-kommersiya təşkilatının üzvü olacaq.                 

Yeni kriptovalyutaya nəzarət edən bu assosiasiyanın 28 üzvü var. Onların sırasında PayPal, Visa, Uber, Coinbase, Andreessen Horowitz və Mercy Corps şirkətlərinin adı çəkilir.

Xəbər lenti
0