BAKI, 19 iyun — Sputnik. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda səfərdədir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmərinin rəhbəri Leyla Abdullayeva bildirib.
Qeyd edək ki, sabah Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədlərinin iştirakı və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq.