Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Metrodakı problemin səbəbi bəlli oldu

© Sputnik / Anar MustafayevПоезд на станции Эльмляр Академиясы Бакинского метрополитена
Поезд на станции Эльмляр Академиясы Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
"Qatardakı texniki nasazlıq aradan qaldırılsa da, qatar əlavə texniki baxış üçün depoya göndərilib" - Bəxtiyar Məmmədov

BAKI, 18 iyun — Sputnik. “Bu gün 08:00- radələrində metronun “Xalqlar Dostluğu” stansiyasında yaranan texniki nasazlıqla əlaqədar olaraq qatar stansiyada 8 dəqiqə dayanmalı olub. Daha öncəki qatar və sonrakı qatarın intervalı nəzərə alınaraq, ümumilikdə isə 12 dəqiqəlik fasilə yaranıb”.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, qatardakı texniki nasazlıq aradan qaldırılsa da, qatar əlavə texniki baxış üçün depoya göndərilib

B.Məmmədovun sözlərinə görə, nasazlıq yaranan qatar öncəki nəsil qatarlardan olub və o hələ də istismar müddətini başa vurmayıb.

Xəbər lenti
0